AUT.AZ

“Kim qorxursa, evdə qalsın, yaxşı seriallar var”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Leyptsiq”lə oyunu ərəfəsində futbolçuların əhval-ruhiyyəsindən danışıb.

Aut.az xəbər verir ki, Ançelotti “Mundo Deportivo”ya açıqlamasında futbolçuların dünya çempionatı ərəfəsində zədələnməkdən qorxub-qorxmadıqları ilə bağlı suala da cavab verib:

“Məqsəd turnirin bu mərhələsini unutdurmaq üçün yaxşı oyun göstərməkdir. İndi mövsümün gərgin dövründə çox matç var. Amma yaxşı tab gətiririk. Düşünmürəm ki, futbolçular artıq psixoloji cəhətdən DÇ-yə kökləniblər.

Onlar başa düşməlidirlər ki, nə qədər çox oynasalar, turnirdə bir o qədər yaxşı formada olacaqlar. İndi hamı məşq etmək istəyir. Kimsə zədə almaq qorxusuna görə işləmək istəməzsə, evdə qalmasını xahiş edəcəm. Çox yaxşı filmlər və seriallar var”.

Aut.az 

Exit mobile version