AUT.AZ

Fantastik məvacib alacaq

Unai Emerinin “Aston Villa” ilə bağladığı müqavilənin bəzi detalları bəlli olub. Aut.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabritsio Romano “Tvitter”də yazıb.

Onun iddiasına görə, Emerinin maaşı ildə 7 milyon avro olacaq. Eyni zamanda, 50 yaşlı mütəxəssisin keçmiş klubu “Vilyarreal” 6 milyon avro məbləğində təzminat alacaq.

Unai İngiltərədə işçi vizası almaq üçün bütün rəsmiyyətlərin yerinə yetirilməsindən sonra – noyabrın 1-dən etibarən işə başlayacaq.

Emeri İspaniyanın “Vilyarreal” klubunu çalışdırırdı. O, bu komanda ilə 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub. Bundan əlavə, ispaniyalı mütəxəssis “Sevilya” ilə bu turnirdə 3 dəfə qalib olub.

Aut.az

 

Exit mobile version