AUT.AZ

Emerinin yerini “Barsa”nın sabiq baş məşqçisi tutdu

“Barselona”nın sabiq baş məşqçisi Enrike Seten “Vilyarreal”ın baş məşqçisi təyin olunub. Aut.az xəbər verir ki, bu barədə məlumatı komandanın mətbuat xidməti verib. Enrike ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Unai Emeri “Vilyarreal”ın baş məşqçi postunu tərk edərək “Aston Villa” ilə anlaşıb. Seten 2020-ci ildə “Barselona”dan ayrıldıqdan sonra məşqçi işləməyib. O, daha əvvəl “Las Palmas”, “Betis”, “Luqo” və digər komandalara rəhbərlik edib, həmçinin Rusiyanın çimərlik futbolu yığmasının məşqçisi olub.

Aut.az

 

Exit mobile version