AUT.AZ

Elə bilib ki, “Barsa”nın səhifəsi sındırılıb

“Mançester Siti” və “Barselona”nın sabiq hücumçusu Serxio Aquero dostu Lionel Messinin Kataloniya klubundan ayrılması ilə bağlı keçirdiyi emosiyalardan danışıb.

Aut.az xəbər verir ki, Aquero bu xəbərə əvvəlcə inanmadığını bildirib. O, El Chiringuito TV-yə verdiyi açıqlamada belə deyib:

“Bütün bunlar baş verəndə düşündüm ki, kimsə “Barselona”nın sosial şəbəkə hesabını sındırıb. Bunun zarafat olduğunu zənn etdim. İbayla (Aqueroya məxsus “Twitch” kanalının aparıcısı)  bir yerdə idik. Birdən o, telefona baxdı və qışqırdı: “Yox! Bu doğrudur?” “Barsa”nın açıqlamasını telefonda mənə göstərdi.

Dedim ki, İbay, əzizim, mümkün deyil. Düşündüm ki, klubun internet saytı sındırılıb və ya bəlkə bu, onun “Barsa”da qalmasını söyləmək üçün edilən “şirin zarafat”dır. Amma saatlar keçdi və gördüm ki, açıqlama hələ də oradadır”.

 

Aut.az

 

Exit mobile version