AUT.AZ

Depressiyaya düşübmüş – “Arvadımı qucaqlayırdım, amma…”

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta depressiyadan əziyyət çəkib. Aut.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, “Barca Universal”a verdiyi açıqlamada depressiya ilə necə mübarizə aparmasından danışıb:

“Problemlərlə mübarizə apararkən psixi sağlamlığım haqqında danışmaq qərarına gəldim. İctimai nüfuzumdan xəbərim var, amma hər şeyi olduğu kimi danışmalı idim. İnsanların məni dəli və ya zəif hesab edəcəyindən qorxmamışam.

Depressiya ilə mübarizə apararkən, günün ən zövqlü hissəsi həb qəbul edib sonra yatmaq idi. Həyatın, hər şeyin sevincini itirirsən. Arvadımı qucaqlayırdım, amma bu, yastığı qucaqlamaq kimi bir şey idi. Heç nə hiss etmirdim”.

İnyesta hələ də müalicəni davam etdirdiyini bildirib:

“Hələ də terapiyaya gedirəm, çünki özüm özümlə barışmaq istəyirəm. Həyat bizə öyrədir ki, psixi sağlamlıq problemləri hər kəsə təsir edə bilər. Söhbət maddi şeylərdən getmir. Dünyadakı bütün avtomobilləri və istədiyiniz hər şeyi ala bilərsiniz, amma yenə də həyatın çətinlikləri ilə üzləşəcəksiniz. Beyninizi məşq etdirtmək lazımdır”.

Aut.az

 

 

 

Exit mobile version