AUT.AZ

Bunu etsə, bağışlanacaq

“Mançester Yunayted”in əsas komandasından uzaqlaşdırılan Kriştiano Ronaldo bağışlana bilər.

Aut.az xəbər verir ki, bunun üçün baş məşqçi Erik Ten Haqın bir şərti var. Belə ki, portuqaliyalı ulduz futbolçu komandadan üzr istəməlidir. Bu barədə “The Atletic” məlumat yayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo Premyer Liqanın 12-ci turunun “Tottenhem”lə matçında (2:0) meydana daxil olmaq istəməyib və qarşılaşmanın 89-cu dəqiqəsində stadionu tərk edib.

Exit mobile version