AUT.AZ

Bu gün görüşəcəklər

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo bu gün klubun baş məşqçisi Erik ten Haqla görüşəcək.

Aut.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bugünkü söhbətdən sonra “Mançester Yunayted”in əsas komandası ilə məşqlərə qayıda bilər. Komanda bu gün “Şerif”lə Avropa Liqası matçının hazırlığına başlayacaq.

Erik ten Haq hesab edir ki, Ronaldo ilə hələ də ortaq dil tapa bilərlər və oyunçu komandada mühüm rol oynayacaq.

Niderlandlı mütəxəssisin futbolçunu “Çelsi” ilə Premyer Liqa matçı (1:1) üçün iştirak ərizəsindən kənarlaşdırmaq qərarından sonra Ronaldo oktyabrın 17-dən fərdi məşqlərə başlayıb.

“Mançester Yunayted” – “Şerif” matçı oktyabrın 27-də, “Old Trafford”da keçiriləcək.

Exit mobile version