AUT.AZ

Ağlayırmış, deyirmiş ki, yoxa çıxmaq istəyirəm

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba karyerasını bitirmək haqda düşünürmüş.

Aut.az xəbər verir ki, bu haqda məlumatı onun yaxın dostu Bubakar Kamara verib. O, bildirib ki, Poqba qaçırıldıqdan və zorakılığa məruz qaldıqdan sonra peşəkar karyerasını bitirməyi planlaşdırıb:

“Bu barədə danışmaq onun üçün çətin idi. Mənə bildirdi ki, onu silahlı şəxslər qarət ediblər. Pol deyirdi: “Daha futbol oynamaq istəmirəm, yox olmaq istəyirəm”. O ağlayırdı, mən isə onu sakitləşdirməyə çalışırdım. Uşaqları, həyat yoldaşı, ailəsi üçün qorxurdu”.

Bir müddət əvvəl Pol Poqbanın mütəşəkkil dəstə tərəfindən şantaj və təhdid edildiyi haqda məlumat yayılmışdı. O, Mərkəzi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqlərinə bildirib ki, uşaqlıq dostları tərəfindən təhdid edilib. Cinayətkarlar Poqbanı 13 il gizli şəkildə qoruduqlarını iddia edərək ondan 13 milyon avro tələb ediblər. Pol qarətçilərin arasında olan qardaşı Mattiası tanıyıb.

Aut.az  

Exit mobile version