AUT.AZ

“Rusiyada maaşı rublla alırdım, Azərbaycanda dollarla”

“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev “Sports.ru”ya müsahibəsində klubla müqaviləsinin maliyyə tərəflərindən danışıb.

Aut.az xəbər verir ki, o, “Rusiya ilə müqayisədə maaşlarınız nə qədər azalıb?” sualını belə cavablandırıb: “Maaş dəyişikliyi kursdan asılıdır. “Krasnodar”da rublla alırdım, indi dollarla. Son bir ildə dollar çox dəyişib”.

Musayev Rusiyada yüksək maaş alması ilə bağlı iddiaların doğru olmadığını deyib: “Orada Premyer Liqa klublarının məşqçiləri ilə eyni qazandığım düz deyil. Düşünmürəm ki, FNL-də kimsə bu qədər qazansın. Ümumiyyətlə, pul mövzusu məndən uzaqdır. “Krasnodar”da rəhbərliyə heç vaxt deməmişəm ki, maaşımı artırın. Deməmişəm ki, o məşqçi bu qədər alır, mən isə bu qədər. Burada da elədir. Mən heç vaxt qiymət danışmamışam. Şərtlər təklif olunanda müqavilə imzalamışam. Bəlkə də bu, yaxşı deyil. Məndə belə xüsusiyyət olsaydı “Krasnodar”da daha çox qazanardım. Amma əgər yaxşı işləsəm, yaxşı pulum və müqaviləm olacaq”.

Exit mobile version