AUT.AZ

Hücumçumuz Superkubokun qalibi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya kareyrasına uğurla start verib.

Aut.az xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu “CSM Lugoj” ölkə kubokunun qalibi olub.

Voleybolçumuzun komandası Superkubokun finalında “CSO Voluntari” klubu ilə üz-üzə gəlib. Görüş Liza və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 set davam edən matçda “CSM Lugoj” quru hesablı (3:0, 25:21, 25:23, 25:22) qələbə qazanıb.

Bununla da voleybolçumuzun komandası Rumıniya Superkubokuna sahib çıxıb.

Qeyd edək ki, bu, komandanın qazandığı ilk kubokdur.

Exit mobile version