AUT.AZ

Futbolçu xəstəxanaya aparıldı – Azərbaycanda

“Sabah”ın aparıcı futbolçusu Aleksey Kaşuk ciddi zədə alıb.

Aut.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Misli Premyer Liqasının 11-ci turunda bu gün “Neftçi” ilə keçirilən oyunda (3:2) ayağından xəsarət alıb. 78–ci dəqiqədə zədələnən futbolçu matçı davam etdirə bilməyib.

Komandanın baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, Kaşuk stadiondan birbaşa xəstəxanaya aparılıb. Onun ayağında sınıq olma ehtimalı var.

Exit mobile version