AUT.AZ

Azərbaycan millisi böyük hesabla uduzdu

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, Bosniya və Herseqovinanın Kakanj şəhərində keçirilmiş Azərbaycan – Ukrayna oyunu 5:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə Murad Məmmədov vurub.

Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

Exit mobile version