AUT.AZ

Argentinada çempion məlum oldu

Futbol üzrə Argentina çempionatının qalibi məlum olub.

Aut.az xəbər verir ki, sonuncu turda “Boka Xuniors” “İndependyente” ilə 2:2 hesablı heç-heçə etsə də, titula sahib çıxıb.

Buna “River Pleyt”in səfərdə “Rasinq”ə 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.

“Boka Xuniors” xallarının sayını 52-yə çatdırıbsa, “Rasinq” 50 xalda qalıb. “River Pleyt” isə 47 xalla üçüncü yeri tutub.

Bununla da, Buenos-Ayres təmsilçisi tarixində 29-cu dəfə çempion adını qazanıb.

Exit mobile version