AUT.AZ

Əfsanə olmaq istəyir

“İnter”in hücumçusu Lautaro Martines “Bayern” və PSJ-nin onunla maraqlanması haqda xəbərlərə münasibət bildirib.

Aut.az İtaliya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu “İnter”də xoşbəxt olduğunu deyib:

“Beş ildir ki, buradayam, “İnter”də xoşbəxtəm. Mən həqiqətən də, “İnter”in əfsanəsi olacağıma ümid edirəm. Bir il əvvəl klubla yeni müqavilə imzalamışam və bütün diqqətimi yalnız “İnter”ə yönəltmişəm”.

Martines 2018-ci ildə “İnter”ə keçib. 25 yaşlı futbolçu bu mövsüm A Seriyasında 11 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Exit mobile version