AUT.AZ

Zədələndi

“”Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leyptsiq”lə oyunu buraxacaq. Aut.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib:

“O, çərşənbə axşamı hazır olmayacaq, amma düşünürəm ki, bazar günü “Jirona” ilə görüşdə oynayacaq. Mən bu barədə narahat deyiləm, çünki ondakı kiçik zədədir. Razıyam ki, Benzema özünün ən yaxşı oyununu göstərmir. Amma formada və motivasiyalı olanda o, bizim üçün çox vacib oyunçu olaraq qalır. Bununla belə, əlimizdə olan ehtiyat oyunçular skamyasının dərinliyi belə vacib oyunçuların yoxluğunu gizlətməyə imkan verir. Bu o demək deyil ki, Kərim mövsümün ikinci yarısında mühüm rol oynamayacaq”.

Qeyd edək ki, Benzema zədə səbəbindən La Liqanın 11-ci turunda “Sevilya” ilə görüşü (3:1) buraxıb. “Leyptsiq” – “Real” görüşü isə oktyabrın 25-də keçiriləcək.

Exit mobile version