AUT.AZ

Kərimə inandı, 13 il sonra 1 milyon qazandı

Kərim Benzemanın “Qızıl top”u alması onun sabiq klubu Lion”a da pul qazandırıb.

Aut.az xəbər verir ki, Kərim 13 il əvvəl “Real”a transfer olunarkən, “Lion”un prezidenti Jan Mişel Aulas müqaviləyə belə bir bənd saldırıb:

“Benzema “Qızıl top”u qazanarsa, “Real” “Lion”a əlavə olaraq 1 milyon avro ödəyəcək”.

İndi “Real” müqavilənin şərtinə əməl etmək məcburiyyətindədir.

Görünür, “Lion”un prezidenti Benzemanın potensialına daha yaxşı bələd imiş, həm də ona hamıdan çox inanırmış.
Aut.az

Exit mobile version