AUT.AZ

Transfer bazarında dəyişiklik – FİFA açıqladı

FİFA prezidenti Canni İnfantino transfer bazarında yeniliklərin olacağı ilə bağlı mesaj verib. Aut.az xəbər verir ki, FİFA  İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında İnfantino bildirib ki, dünya futbolunda transfer bazarının necə işlədiyinə dair dəyişikliklər oyunçuları inkişaf etdirən təşkilatlara ödənişlərdən başlayacaq. Daha sonra klublar arasında ödənişlərin şəffaflığına toxunulacaq:

“FİFA İnformasiya Mərkəzinin qaydaları təsdiq edilib. Biz onu bir neçə il əvvəl transfer bazarı sistemində islahatlar çərçivəsində yaratmaq qərarına gəldik. Köçürmələrlə bağlı bütün ödənişlər mərkəzdən keçəcək. Futbolçuların yetişdirilməsi ilə məşğul olan klublara təzminatdan başlayacağıq. Dünyanın hər yerində belə klublar var və onlar son dərəcə vacib iş görürlər”.

FİFA-nın bəyanatında qeyd edilir ki, yeni müddəalar 16 noyabr 2022-ci il tarixindən qüvvəyə minəcək. Təşkilatın məlumatına görə, dünyanın hər yerindən futbolçu yetişdirən klublar məlumat mərkəzi vasitəsilə mövsümdə, təxminən 400 milyon dollar qazanacaqlar ki, bu da hazırkı vəziyyətdən 5 dəfə çoxdur.

Aut.az

Exit mobile version