AUT.AZ

Qalib gələcəyinə əmindir, bütün dünyadan dəstək alır

FİFA prezidenti Canni İnfantino qarşıdan gələn seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib. Aut.az xəbər verir ki, İnfantino FİFA İcraiyyə Komitəsinin iclasında bildirib ki, dünyanın əksər ölkələrindən dəstək alır:

“Qələbəyə əminəm, çünki bütün dünyadan dəstək alıram. Futbol komanda idman növüdür. FİFA-nın təbliği də komanda işidir. Bunun üçün bütün dünyada dəstəyin olması lazımdır. Dünyadakı ölkələr və assosiasiyalar futbolda gəlirlərin yenidən bölüşdürülməsinin faydalarını görürlər. Buna görə də bütün dünyadan çox böyük dəstək hiss edirəm. Futbolun rifahı üçün bundan sonra da çalışmaq niyyətindəyəm”.

İnfantino ilk dəfə bu ilin martın 31-də FİFA prezidenti postuna namizədliyini irəli sürəcəyini açıqlamışdı. Prezident seçkiləri ilə bağlı FİFA konqresi 2023-cü il martın 16-da Kiqalidə (Ruanda) keçiriləcək.

Aut.az

Exit mobile version