AUT.AZ

Onun transfer qiyməti 1 milyarda yaxın olacaq – Agent

Mino Rayolanın şirkətinin varisi olan Rafaela Pimienta agenti, “Mançester Siti”nin hücumçusu Erlinq Haland ətrafında yaranmış vəziyyətdən danışıb. Aut.az xəbər verir ki, Pimienta Halandın transfer qiymətinin fantastik həddə yüksələcəyini bildirib:

“O, transfer qiyməti 1 milyard avroya yaxınlaşan ilk oyunçu olacaq. “Mançester Siti” ilə yeni müqavilə? Buna ümid edirəm, niyə də olmasın? Bu haqda mənimlə əlaqə saxlasalar, şad olaram.

2024-cü ildə onun 200 milyona başqa kluba keçə bilmək ehtimalı? Vəkil olmağın gözəl tərəfi odur ki, kimsə səndən nə haqdasa soruşanda, deyə bilirsən ki, bu barədə danışa bilmərəm”.

Qeyd edək ki, Halandın müqaviləsinin detalları mətbuata sızıb. Müqavilənin bir bəndində göstərilib ki, 2024-cü ilin yayında 200 milyon avro ödəyən klub Halandı ala bilər. Amma  İngiltərə komandaları istisnadır.

Aut.az

Exit mobile version