AUT.AZ

Gürcü ilə danışıqlar başladı – Məvacib 2 dəfə artırılır

“Napoli” rəhbərliyi Xviçi Kvaratsxeliyanın agenti ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Calciomercato.com” saytının jurnalisti Daniele Lonqo “Tvitter” hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, yeni müqavilə layihəsinə əsasən, Kvaratsxeliya ilə hazırkı razılaşma bir il – 2028-ci ilə qədər uzadılacaq. Eyni zamanda, futbolçunun maaşı indiki ilə müqayisədə iki dəfə artacaq.

Xatırladaq ki, Xviça 2022-ci ilin iyulunda “Napoli”yə keçib. O,  İtaliya klubunun heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarket” onun transfer dəyəri 35 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version