AUT.AZ

Fiziki, psixoloji və maliyyə zorakılığı tətbiq edib

“Lion”un müdafiəçisi Jerom Boatenq keçmiş sevgilisi Kasi Lenhardta qarşı fiziki, psixoloji və maliyyə zorakılığı tətbiq edib.

Aut.az xəbər verir ki, bu iddianı 34 yaşlı futbolçunun  işi ilə bağlı aparılan araşdırmanın prokuroru deyib. Onun iddiasına görə, Kasi intihar etməzdən bir neçə gün əvvəl Jerom onu məcbur edib ki, münasibətlərinin açıqlanmaması haqqında müqavilə imzalasın.

Futbolçunun vəkili isə bildirir ki, belə sənədin imzalanmasını məhz Kasi tələb edib.

Daha əvvəl isə Boatenq Lenhardta bədən xəsarəti yetirməkdə ittiham olunurdu. 2018-ci ildə tətildə olarkən qıza hücum etdiyi də bildirilir.

Aut.az

Exit mobile version