AUT.AZ

Bundesliqa Superliqaya qarşı

Bundesliqa klublarının prezidentləri yenidən gündəmə gətirilən Avropa Superliqasının bərpası ideyasına münasibət bildiriblər.

Xatırladaq ki, təşkilatın yeni rəhbəri Bernd Reynhart bildirib ki, Superliqa yaxın 3 il ərzində formalaşacaq. Aut.az xəbər verir ki, “Bavariya”nın prezidenti Oliver Kan “Bild” nəşrinə verdiyi açıqlamada məsələyə belə münasibət bildirib:

“Superliqa yaratmaq cəhdi il yarım əvvəl uğursuzluğa düçar oldu. O vaxtdan bəri biz həmişə mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq”.

Dortmund “Borussiya”sının prezidenti Hans-Yoahim Vatske də ideyanı dəstəkləməyib:

“Çempionlar Liqası, xüsusilə 2024-cü ildən bəri tamamilə müstəsna bir turnir formatına malikdir! Bundan əlavə, UEFA kiçik klubların qayğısına qalır, biz onların dəstəyini hiss edirik”.

“Frankfurt”un İdarə Heyətinin üzvü Aksel Hellman da Superliqaya qarşı çıxıb:

“Superliqa konsepsiyasının uğuruna əmin deyiləm. Hesab edirəm ki, belə şeylər UEFA ilə əməkdaşlıq çərçivəsində həll edilməlidir ki, turnir Avropanın ən yaxşı klubları üçün qapalı liqa olduğu təəssüratı yaratmasın”.

Aut.az

Exit mobile version