AUT.AZ

“Barsa” ondan qurtulmaq üçün yol axtarır

“Barselona” yaxın vaxtlarda Jerar Pike ilə yollarını ayırmağı planlaşdırır. Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kataloniya klubu 35 yaşlı futbolçu ilə müqavilənin müddəti başa çatana qədər ayrılmaq variantlarını axtarır. Qeyd olunur ki, baş məşqçi Xavi “Barselona”nın müdafiəsini gənclərdən qurmağa üstünlük verir.

Pike kataloniyalıların yetirməsidir. İspaniyalı müdafiəçi “Barselona”dan başqa “Mançester Yunayted” və “Saraqosa”da da oynayıb. O, cari mövsümdə 7 oyunda meydana çıxıb.

Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Aut.az

 

Exit mobile version