AUT.AZ

Azərbaycanlının sponsorluq etdiyi kluba qadağa

Rusiyanın “Ximki” klubuna qadağa tətbiq edilib. Aut.az xəbər verir ki, qadağa ilə bağlı qərar Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli Palatasının iclasında qəbul edilib.

İclasda Elmir Nəbiullinin şikayətinə baxılıb. “Ximki”nin futbolçuya borclu olduğu təsdiqini tapıb. Klub, Nəbiullinə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşmaya əsasən yaranan borcunu ödəməyib.

Borca görə “Ximki”yə müvəqqəti tədbir kimi yeni oyunçuların qeydiyyatı qadağan edilib. Klub borcunu ödəsə, qadağa aradan qaldırıla bilər.

Qeyd edək ki, “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Nazim Süleymanov isə bu klubun U-19 komandasının baş məşqçisidir.

Aut.az

Exit mobile version