AUT.AZ

Ayaqlarından tutaraq pəncərədən salladı və dedi…

“Yuventus”un sabiq futbolçusu Adrian Mutu Turin klubunda çıxış edərkən Zlatan İbrahimoviçlə Manuel Blazi arasında yaşanan əhvalatı xatırlayıb.

Aut.az xəbər verir ki, Mutu Zlatanın olduqca amansız zarafatlar etdiyini bildirib:

“Zlatan mənə dedi ki, otağın qapısını aç. Çölə baxdım, ikinci mərtəbədəyik. Blazi dəhlizlə gedirdi, İbrahimoviç onu tutdu, otağa apardı və pəncərədən salladı.

İbrahimoviç də səni tutdusa, heç nə edə, əlindən qurtula  bilməzsən. Çünki böyük və çox güclüdür.  Blazinin az qala ayaqlarından tutaraq pəncərədən salladı və dedi: “Deməyə başqa bir sözün varmı?” Blazi qışqır, mən də Zlatanı tutmuşam.

Manuel otağa qayıdandan sonra ağlaya-ağlaya deyirdi: “Sənin başında problem var, belə də zarafat olar?”

Mutu və Blazi karyeralarını bitiriblər. 41 yaşlı İbrahimoviç isə “Milan”da çıxış edir.

Aut.az

 

Exit mobile version