AUT.AZ

Ağır xəstəliyə tutulub

Beşiktaş” və “Fənərbağça”nın sabiq baş məşqçisi Kristof Daum xərçəng xəstəliyindən əziyyət çəkir.

Aut.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü İnstaqram hesabında bildirib. O, bir müddətdir müalicə aldığını qeyd edib.

Xatırladaq ki, Daum 1994-96, 2001-2002-ci illərdə “Beşiktaş”ı, 2003-2006, 2009-2010-cu illərdə isə “Fənərbaxça”nı çalışdırıb. O, “Beşiktaş”la 1, “Fənərbaxça” ilə isə 2 dəfə Türkiyə Superliqasını qazanıb.

Kristof Daumun son iş yeri Rumıniya millisi olub. Həmçinin o, “Köln”, “Ştutqart”, “Bayer”, Avstriya” (Vyana), “Ayntraxt”, “Brügge”, “Bursaspor” kimi komandalara da baş məşqçi olub.

Exit mobile version