AUT.AZ

XXI əsrdə 3-cü futbolçudur ki…

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya La Liqasının 10-cu turunda “Vilyarreal”la oyunda (3:0) dubl edib.

Aut.az xəbər verir ki, bununla da, 34 yaşlı hücumçu peşəkar karyerasında 600 qol həddinə çatıb. Polşalı hücumçu 21-ci əsrdə bunu bacaran 3-cü futbolçudur.

Buna qədər yalnız Kriştiano Ronaldo və Lionel Messi belə uğura nail olub. Levandovski əvvəllər Polşanın “Delta”, “Zniç” və “Lex” komandalarında, daha sonra isə Almaniyanın “Borussiya” (Dortmund) və “Bavariya” klublarında çıxış edib.

Polyak bu mövsüm İspaniya çempionatında 10 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə verib. Çempionlar Liqasında Levandovski 4 oyuna çıxıb, 5 qol vurub.

Aut.az

Exit mobile version