AUT.AZ

Ukraynanın namizədliyinə münasibət – UEFA-dan

UEFA prezidenti Aleksander Çeferin Ukraynanın 2030-cu il dünya çempionatına İspaniya və Portuqaliya ilə birgə ev sahibliyi etmək ideyasından danışıb.

Aut.az xəbər verir ki, Ceferin birmənalı münasibət bildirməsə də, açıqlamasından belə görünür ki, bu ideyanı dəstəkləyir:

“Ukrayna da digər ölkələr kimi töhfə verə bilər. Neçə oyun keçiriləcəyi və harada oynanılacağı hələ razılaşdırılmayıb. Lakin Ukraynanın bura daxil olması simvolik baxımdan maraqlıdır. Bu turnir sülhə həsr olunacaq”.

Aut.az 

Exit mobile version