AUT.AZ

Onu 200 milyona hamı ala bilər, ingilislərdən savayı

Erlinq Halandın “Mançester Siti” ilə müqaviləsinin təfərrüatları açıqlanıb.

Aut.az xəbər verir ki, norveçli hücumçunun 2024-cü ilin yayından etibarən 200 milyon avro qarşılığında başqa kluba keçə bilməsi ilə bağlı məlumat təsdiqini tapıb. Bu barədə daha əvvəl İspaniyanın “Marca” qəzeti yazmışdı.

Ancaq “The Athletic” məlumat verir ki, müqavilədəki bu bənd İngiltərə klublarına şamil olunmur. Yəni Haland ingilis klublarına satılmayacaq.

Qeyd olunur ki, müqaviləyə belə maddənin daxil edilməsi Halandın “Citi” ilə danışıqlarda əsas şərti olub.

Norveçli hücumçu bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 14 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version