AUT.AZ

Nimann Karlsenin əsəblərini sarsıdacaq – Rus qrossmeyster

Rusiyalı qrossmeyster, Moskva Şahmat Federasiyasının vitse-prezidenti Sergey Smaqin hazırkı dünya çempionu Maqnus Karlsenlə amerikalı Hans Nimann arasındakı qalmaqala münasibət bildirib.

Qeyd edək ki,  Maqnus rəqibini saxtakarlıqda ittiham etmişdi. Buna cavab olaraq Nimann 100 milyon dollar məbləğində iddia qaldırıb. Aut.az xəbər verir ki, Smaqin bunun şahmatın imicini korlamayacağını, əksinə, gücləndirəcəyini bildirib. O, Maqnusun səhv davrandığını da vurğulayıb:

“Bu, bütövlükdə şahmatın imicinə o qədər də təsir etməyəcək. Ola bilsin, əksi də baş versin. Biz elə bir dünyada yaşayırıq ki, hər hansı bir qalmaqal populyarlığı artırır. Bu da piardır.

Bu oğlan, Nimann, şəxsən məndə böyük simpatiya oyadır, hətta onun oyunlarına baxmağa başlamışam. Yeri gəlmişkən, çox maraqlı, güclü, özünəməxsus üslubu və xarizması olan orijinal şahmatçıdır.

Karlsenə gəlincə, bu adam əsəbiləşib özünü biabır etdi. Və sonra bir sıra bəhanələr, axmaq eyhamlar başladı. Mənə elə gəlir ki, Nemann sırf amerikan üslubunda hərəkət etdi. Fikrimcə, hər şey yerindədir. Əlbəttə ki, o, 100 milyon ala bilməyəcək, amma Karlsenin əsəblərini sarsıdacaq”.

Aut.az

Exit mobile version