AUT.AZ

Məktub göndəriblər, amma hələ oxumayıb

UEFA prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Superliqasının yaradılması ideyasından danışıb. Aut.az xəbər verir ki, Ceferin Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapi və KONMEBOL prezidenti Alexandro Dominqeslə birlikdə Buenos-Ayresdə (Argentina) keçirilən mətbuat konfransında bu məsələyə toxunub. O, ideyanı yenə də tənqid edib:

“Biz bura futboldan danışmaq üçün gəlmişik. Superliqa futbol deyil. Superliqa rəhbərliyi mənə “məktub” göndərib, amma hələ oxumamışam. Əminəm ki, onlar daha da yaxın olmaq istəyirlər”.

2021-ci ilin aprelində 12 Avropa klubu Superliqanın yaradıldığını elan etdi. Qısa müddətdən sonra, demək olar ki, bütün qurucu klublar liqanı tərk etdi. Layihə hazırda üç klub tərəfindən dəstəklənir: “Real”, “Barselona” və “Yuventus”.

Aut.az

Exit mobile version