AUT.AZ

Karlseni məhkəməyə verdi – 100 milyon dollar tələb edir

Amerikalı qrossmeyster Hans Nimann şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni dələduzluqda ittiham edərək məhkəməyə verib.

Aut.az xəbər verir ki, Nimann sosial şəbəkədə bildirib ki, ABŞ-ın Missuri ştatının Dairə Məhkəməsində iddia qaldırıb:

“Mənim iddiam hər şeyi deyir”.

Karlsenlə yanaşı, “Chess.com” saytı, amerikalı şahmatçı Hikaru Nakamura, Karlsenin şirkəti “Carlsen’s Play Magnus Group” və başqa bir şahmatçı – Denni Renş də təqsirləndirilən şəxslər siyahısındadır.

Nimann reputasiyasına, karyerasına və həyatına dağıdıcı ziyan vurduqlarına görə təqsirləndirilən şəxslərdən 100 milyon dollar tələb edir.

Aut.az.

Exit mobile version