AUT.AZ

İbra komanda yoldaşlarını belə ələ saldı – Video

“Milan”ın “Youtube” kanalında klubun isveçli hücumçusu Zlatan İbrahimoviçin “Yuventus”la oyunda (2:0) baş verənlərə emosional reaksiyasını əks etdirən video yayılıb.

Aut.az xəbər verir ki, 41 yaşlı futbolçu qarşılaşmanın bütün təhlükəli anlarında emosional jestlər göstərməklə yanaşı, ehtiyatda oturan komanda yoldaşlarını da ələ salır.

O, Aleksis Salemakersin saçını dartır, Marko Lazetiçin boynuna  şillə, həmçinin serb futbolçunun əyləşdiyi kürsüyə təpik vurur.

İbrahimoviç cari mövsümdə meydana çıxmayıb. O, zədəsini bərpa edir. İsveçli hücumçunun 2023-cü ilin əvvəlində meydana qayıdacağı gözlənilir.

Aut.az.

Exit mobile version