AUT.AZ

Bacısı da yazdı: “Çox şey görürəm, əsasən də…”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro qardaşının İngiltərə klubundakı durumuna münasibət bildirib. Aut.az xəbər verir ki, Elma sosial şəbəkə hesabında belə yazıb:

“Nə olacaqsa, o da olur. Və çox şey  görürəm. Əsasən də hörmətsizlik”.

Qeyd edək ki, 37 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 12-ci turunun “Tottenhem”lə matçı (2:0) başa çatmamış ehtiyat oyunçular skamyasını tərk edib. Daha sonra əşyalarını götürüb və paltardəyişmə otağına girmədən “Old Trafford”dan uzaqlaşıb. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, Ronaldonu Premyer Liqanın 13-cü turunda “Çelsi” ilə keçiriləcək oyunun iştirak ərizəsinə salmayıb.

Aut.az

Exit mobile version