AUT.AZ

Ana ilə Bastianın Venesiya tətili – Fotolar

2008-ci ildə Fransa Açıq çempionatının (“Rolan Qarros”) qalibi, dünyanın sabiq bir nömrəli serb tennisçisi Ana İvanoviç sosial şəbəkədə yeni paylaşım edib.

Aut.az xəbər verir ki, Ana həyat yoldaşı, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olmuş Bastian Şvaynştaygerlə birlikdə çəkildiyi fotoları yayımlayıb.

O, sosial şəbəkədə belə yazıb:

“Venesiyadan seçilmiş fotoşəkillər. Ailəmlə tətilə getməyi çox sevirəm”.

34 yaşlı Ana İvanoviç 2016-cı ilin dekabrında karyerasını bitirib. Həmin ilin iyul ayında Şvaynştayqerlə ailə həyatı qurub.

2018-ci ilin martında cütlüyün oğlu dünyaya gəlib. 2019-cu ilin oktyabrında isə Bastian karyerasını bitirdiyini elan edib.

Aut.az

Exit mobile version