AUT.AZ

“Sanki qohumum ölüb, telefonum partlayır”

“Barselona”nın baş məşqçisi Xavi  komandanın uğursuz nəticələri fonunda azarkeşlərin dəstəyindən danışıb.

Xatırladaq ki, “Barsa” son 4 qarşılaşmanın yalnız birində qalib gəlib, bir oyunda heç-heçə edib, 2 qarşılaşmadan isə məğlub ayrılıb. Üstəlik, son oyunda “el klasikoda” “Real”a uduzub – 1:3.

Aut.az xəbər verir ki, jurnalist Toni Xuanmarti sosial şəbəkədə Xaviyə istinadən yazıb:

“Sanki yaxın qohumum ölübmüş kimi, telefonum dəstək mesajlarından partlayır”.

“Barselona” hazırda İspaniya La Liqasının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan 3 xal geri qalır.

Aut.az

Exit mobile version