“Africa Eco Race” rallisində faciə yaşanıb. Aut.az xəbər verir ki, portuqaliyalı motosikletçi Armindu Neves marafonun ikinci mərhələsində qəzaya düşərək ölüb.
Faciə Mərakeşin Busaid və Taqunit şəhərləri arasındakı xüsusi mərhələnin 443-cü kilometrliyində baş verib. Həkimlər vertolyotla hadisə yerinə göndərilsə də, 52 yaşlı idmançının həyatını xilas edə bilməyiblər.
Təşkilatçılar bildiriblər ki, bu, rallinin başladığı 2009-cu ildən bəri ilk ölüm hadisəsidir. Yarışın təşkilatçıları pilotlara xəbərdarlıq ediblər ki, sonrakı mərhələlərdə daha diqqətli olsunlar.
“Africa Eco Race” marafonu oktyabrın 30-dək davam edəcək. Marşrut Monakodan Şimali Afrika vasitəsilə Dakara qədər uzanır.
Aut.az