AUT.AZ

Rallidə faciə

“Africa Eco Race” rallisində faciə yaşanıb. Aut.az xəbər verir ki, portuqaliyalı motosikletçi Armindu Neves marafonun ikinci mərhələsində qəzaya  düşərək ölüb.

Faciə Mərakeşin Busaid və Taqunit şəhərləri arasındakı xüsusi mərhələnin 443-cü kilometrliyində baş verib. Həkimlər vertolyotla hadisə yerinə göndərilsə də, 52 yaşlı idmançının həyatını xilas edə bilməyiblər.

Təşkilatçılar bildiriblər ki, bu, rallinin başladığı 2009-cu ildən bəri ilk ölüm hadisəsidir. Yarışın təşkilatçıları pilotlara xəbərdarlıq ediblər ki, sonrakı mərhələlərdə daha diqqətli olsunlar.

“Africa Eco Race” marafonu oktyabrın 30-dək davam edəcək. Marşrut Monakodan Şimali Afrika vasitəsilə Dakara qədər uzanır.

Aut.az

Exit mobile version