AUT.AZ

Dəyişiklik onunla başlayacaq

“Barselona”nın baş məşqçisi Xavi mövsüm ərzində qeyri-qənaətbəxş nəticələr olacağı təqdirdə istefaya göndərilə biləcəyi haqda danışıb.

Aut.az xəbər verir ki, Xavi rəhbərliyin belə qərarını anlayışla qəbul edəcəyini bildirib:

“Rəhbərlik məni qovsa, anlayışla qəbul edəcəyəm? Əlbəttə, buna təəccüblənmərəm. Bu, futboldur. Amma küçədəki insanlar  mənə dəstək olmaq üçün yumruqlarını qaldırırlar. Biz işləməyə davam etməliyik və eyni zamanda həqiqətə açıq gözlə baxmalıyıq. Mən gələcəyə nikbinliklə baxıram. Klubun və komandamızın göstərdiyi səylər sayəsində kuboklar üçün mübarizə aparmalıyıq.

Əgər titul qazanmasaq, prezident dediyi kimi, dəyişiklik olacaq və  bu dəyişiklik mənimlə başlayacaq. Qalib gəlməsək, başqa məşqçi gələcək. Ancaq əlimdən gələni edirəm ki, bizdə hər şey alınsın”.

“Barselona” hazırda La Liqada lider “Real”dan 3 xal geri qalaraq ikinci yerdədir. Xavinin yetirmələri Çempionlar Liqasında C qrupunda üçüncü pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version