AUT.AZ

Prokuror apellyasiya şikayəti verdi

İsveçrə prokurorluğu FİFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq prezidenti Mişel Platininin işi ilə bağlı apellyasiya şikayəti verib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Frans Press” yayıb.

İsveçrə Federal Cinayət Məhkəməsi dələduzluq və korrupsiyada ittiham olunan sabiq futbol funksionerlərinə bəraət vermişdi.

İyulun 8-də Məhkəmə, keçmiş funksionerlərə 1 il 8 ay şərti həbs cəzası istəyən prokurorluğun tələbini təmin etməmişdi. Prokuror İsveçrə Federal Cinayət Məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayəti verib və birinci instansiya məhkəməsinin qərarının tam ləğvini istəyir.

Aut.az

Exit mobile version