AUT.AZ

Prioritet hədəf odur

London “Çelsi”si yaxın gələcək üçün prioritet transfer hədəfini müəyyənləşdirib.

Aut.az xəbər verir ki, “təqaüdçülər” “Napoli” və Nigeriya millisinin hücumçusu Viktor Osimhen ilə müqavilə imzalamaq istəyir.

Bildirilir ki, “Çelsi” rəhbərliyi 33 yaşlı Piyer-Emerik Obameyanqın hücumda uzunmüddətli həll variantı olmadığını başa düşür. Eyni zamanda, londonluların yeni baş məşqçisi Qrem Potter “İnter”dən icarədən qayıtmalı olan belçikalı Romela Lukakunun da xidmətində maraqlı deyil.

Bu baxımdan hücumun mərkəzini gücləndirmək əsas vəzifədir. Və bunun üçün Osimhen prioritet hədəfdir.

Alternativ variant kimi isə “Lill”in futbolçusu Conatan Devid və “Yuventus”un hücumçusu Duşan Vlahoviç nəzərdən keçirilir.

Aut.az

Exit mobile version