AUT.AZ

Gürcü qapıçını izləmək üçün skaut göndərdilər

“Yuventus” “Valensiya”nın gürcü qapıçısı Georgi Mamardaşvilini izləmək üçün skautlar göndərib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “La Gazzetta dello Sport” yayıb. 22 yaşlı qolkiper bir müddət əvvəl “yarasalar”la müqaviləni uzadıb. Onun yeni müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Məlumata görə, “qoca sinyora”nın skautları “Valensiya” – “Sevilya” matçında (1:1) gürcünün oyununu izləyib.

O da bildirilir ki, “Yuventus”dan başqa, bir neçə Premyer Liqa klubu da Mamardaşviliyə iddialıdır.

Aut.az

Exit mobile version