AUT.AZ

Dünyanın ən yaxşısı “Real”lılarla görüşdü – Fotolar

Dünyanın bir nömrəli tennisçisi, 19 yaşlı Karlos Alkaras “Real”ın futbolçuları ilə görüşüb. Aut.az xəbər verir ki, Karlos “kral klubu”nun bir neçə futbolçusu – o cümlədən “Qızıl top”un sahibi Kərim Benzema və baş məşqçi Karlo Ançelotti ilə şəkil çəkdirib.

Karlos Alkaras “Böyük Dəbilqə”də ilk finalında qalib gələrək US Open 2022-in qalibi olub. Bu qələbədən sonra ispan ATP reytinqində birinci pilləyə yüksələrək, dünyanın ən gənc 1 nömrəli tennisçisi statusuna yüksəlib.

Aut.az

Exit mobile version