AUT.AZ

Deyir ki, Neymar məndən qorxur

Braziliya prezidentliyinə namizəd Luiz İnasio Lula da Silva PSJ-nin hücumçusu Neymar haqda danışıb.

Aut.az xəbər verir ki, Lula da Silva, Neymarın hazırkı ölkə prezidenti ilə yaxın olduğuna eyham vuraraq, futbolçunun ondan qorxduğunu deyib. O, As nəşrinə açıqlamasında bunları vurğulayıb:

“Əsəbi deyiləm. Neymar kimi istəsə, onu da prezident seçmək hüququna malikdir. Düşünürəm ki, o, seçkidə qalib gələcəyimdən qorxur. Çünki Bolsonaronun, onu gəlir vergisi borcuna görə bağışladığını öyrənəcəm. Mənə elə gəlir ki, o, məndən qorxur. Aydındır ki, Bolsonaro Neymarın atası ilə sövdələşib”.

Bundan əvvəl Braziliyada keçirilən seçkilərin ilk turu zamanı Neymar ölkənin hazırkı prezidenti Jair Bolsonaronu təbliğ edən video paylaşmışdı. Bolsonaro Neymarın Santosdakı  akademiyasını ziyarət etmiş, futbolçu da buna görə ona təşəkkürünü çatdırmışdı.

Neymar bu mövsüm Liqa 1-də 11 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 4 oyunda 1 qol vurub.

Exit mobile version