AUT.AZ

“Dəlidir, ona görə mənə heç bir təhlükə yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Federiko Valverdenin çıxışını şərh edib.

Aut.az xəbər verir ki, Ançelotti Federikonu tərifləyib. Jurnalist Fabritsio Romano sosial şəbəkədə Ançelottinin fikirlərini belə təqdim edib:

“Federiko Valverde dəlidir! İnanıram ki, o, bu mövsüm 10-dan  çox qol vuracaq… Beləliklə, mənim işimə heç bir  təhlükə olmayacaq”.

Məlumata görə, Ançelotti avqustda uruqvaylıya zarafatla deyib ki, əgər mövsüm ərzində 10 qol vurmasa, postunu tərk edəcək. Valverde cari mövsümdə 14 oyunda 6 qol vurub.

Aut.az

Exit mobile version