AUT.AZ

Biabırçılıq, başqa adı yoxdur!

İngiltərə millisinin sabiq müdafiəçisi Denni Mills Kriştiano Ronaldonun davranışını tənqid edib.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu “Tottenhem”lə oyunda (2:0) meydana çıxmayıb, ehtiyat oyunçular skamyasında oturmalı olub. O, qarşılaşmanın 90-cı dəqiqəsində final fitini gözləmədən nümayişkaranə şəkildə  soyunub-geyinmə otağına gedib. Millis “Sky Sports”un efirində belə deyib:

“Bu, tamamilə biabırçılıqdır. Hesab edirəm ki, komandaya, məşqçiyə və azarkeşlərə hörmətsizlikdir. Özünü klubdan üstün tutur. Biabırçılıq, başqa adı yoxdur!”

Ronaldo mövsümdə 2-ci dəfə bütün oyunu ehtiyatda qalıb.

Aut.az

Exit mobile version