AUT.AZ

5,4 milyard gəlir

Milli Xokkey Liqasında (NHL) 2021-22 mövsümü gözlənildiyindən daha çox gəlirli olub. Aut.az xəbər verir ki, liqanın gəliri proqnozları yarım milyard dollar üstələyib və 4,5 milyard dollar olub. Bu barədə məlumatı MHL-in komissarı Qeri Bettman verib.

Onun sözlərinə görə, bu da xokkeyçilərin maaş büdcəsini  artırmaq üçün daha geniş imkanlar yaradır. 2022/23 mövsümü üçün bu rəqəm əvvəlki üç illə müqayisədə 1 milyon artaraq, 82,5 milyon dollar təşkil edir.

Ardıcıl iki mövsüm idi ki, koronavirus pandemiyası səbəbindən yaranan maliyyə itkiləri büdcəni dəyişməz saxlayırdı. Bettman indi hər şeyin qaydasında olduğunu bildirib. O vurğulayıb ki, 2024/2025 mövsümünə qədər büdcə 1 milyon da arta bilər :

“Biznes yaxşı inkişaf edir və belə görünür ki, biz bu mövsüm proporsiyaya nail ola bilək. Ya da buna çox yaxın olacağıq”.

Aut.az

Exit mobile version