AUT.AZ

Ən yaxşı Qvardioladır, Mourinyo isə…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola dünyanın ən yaxşı məşqçisi seçilib. Aut.az xəbər verir ki, Pep “FourFourTwo” nəşrinin versiyasına əsasən ən yaxşı hesab edilib. Britaniya jurnalı dünyanın 50 ən yaxşı məşqçisinin siyahısını tərtib edib. Nəşrin versiyasına görə ilk “onluq” belədir:

  1. Xosep Qvardiola (“Mançester Siti”);
  2. Karlo Ançelotti (“Real”);
  3. Yurgen Klopp (“Liverpul”);
  4. Antonio Konte (“Tottenhem”);
  5. Stefano Pioli (“Milan”);
  6. Mikel Arteta (“Arsenal”);
  7. Tomas Tuxel (sabiq “Çelsi”);
  8. Qrem Potter (“Çelsi”);
  9. Yulian Naqelsmann (“Bavariya”);
  10. Dieqo Simeone (“Atletiko”).

PSJ-nin baş məşqçisi Kristof Qaltye 12-ci, Xavi (“Barselona”) 14-cü, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq 15-ci, Joze Mourinyo (“Roma”) 35-ci olub.

Aut.az

Exit mobile version