AUT.AZ

Superliqa 3 il ərzində reallaşacaq – Yeni rəhbər

Avropa Superliqasının yeni rəhbəri Bernd Reyhart layihənin hələ də gündəmdə olduğunu bildirib.

Aut.az xəbər verir ki, o, mətbuata verdiyi açıqlamada Superliqanın yaxın 3 il ərzində reallaşacağını deyib:

“Biz Avropa futbol ictimaiyyətinin bütün maraqlı tərəfləri ilə əlaqə saxlamaq istəyirik. Layihə ilə bağlı yeni və genişləndirilmiş hədəfimiz azarkeşləri cəlb etməkdir. Hər şeyi sıfırdan başlayırıq. Turnirin 3 il ərzində reallaşacağını güman edirik.

Turnirin formatı heç bir maneə yaratmayacaq. Açıq formata keçidi elan edirik, klubların daimi üzvlüyü müzakirə olunmur. Biz Avropa futbolunun üzləşdiyi problemlərlə bağlı daha geniş konsensus görmək niyyətindəyik”.

 

Xatırladaq ki, 2021-ci ilin aprelində Avropanın 12 top klubu Avropa Superliqasının yaradıldığını elan etmişdi. Bu layihə UEFA, futbol liqaları və azarkeşlər tərəfindən kütləvi şəkildə tənqid edildi. Bundan sonra əksər klub liqanı tərk etdi. Yalnız “Real”, “Barselona” və “Juventus” layihədə qaldı. Bu klublarla UEFA arasında məhkəmə çəkişmələri bu günə kimi davam edir.

Aut.az

 

Exit mobile version