AUT.AZ

Salaha yeni iş tapşırdılar

“Liverpul”un hücumçusu Məhəmməd Salah Qətərdə keçiriləcək dünya çempionatı zamanı ekspert kimi çalışacaq.

Aut.az xəbər verir ki, misirli futbolçu “beIN Sports”-la əməkdaşlıq edəcək. Salahla yanaşı, “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez də eyni işi görəcək.

Salah Misir yığmasının, Mahrez isə Əlcəzair millisinin şərəfini qoruyur. Onların ölkələri DÇ-in final mərhələsinə vəsiqə qazana bilməyiblər.

Xatırladaq ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Aut.az

Exit mobile version